Premyer Liqada 29-cu turun hakim təyinatları müəyyənləşib.
İdmPFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, turun mərkəzi qarşılaşması – “Qarabağ” – “Kəpəz” görüşünü Rəhim Həsənov idarə edəcək.
8 aprel (cümə)
“Qarabağ” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov
“Azərsun Arena”, 17:30
9 aprel (şənbə)
“İnter” – AZAL
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Kamran Bayramov, Fariz Yusifov
“İnter Arena”, 16:00
“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”, 14:00
10 aprel (bazar)
“Rəvan” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Nahid Əliyev, Ramil Əhmədov
“Bayıl Arena”, 14:00
“Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu, 16:30
