Premyer Liqada 250-ci oyununu keçirib
25.11.2024 , 17:00
“Sabah”ın futbolçus Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 14-cü turuna təsadüf edib. 29 yaşlı futbolçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.
Premyer Liqada 2013/14 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub. O, üç komandanın formasını geyinib. Elvin “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.
Qeyd edək ki, Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.