“Qarabağ” və “Şamaxı”dan səfər qələbəsi
03.03.2025 , 21:30

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilibZ
Əvvəlcə “Səbail” öz meydanında “Şamaxı”nı qonaq edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Günün digər matçında isə “Sumqayıt” “Qarabağ”la qarşılaşıb. Meydan sahibləri bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.
3 mart
Azərbaycan Premyer Liqası
25-ci tur
17:00.“Səbail” – “Şamaxı” – 0:2
Qollar: Vasiliye Bakiç, 41, Andrey Tirkoveanu, 53
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Namik Hüseynov
“ASCO Arena”
19:30.“Sumqayıt” – “Qarabağ” – 0:2
Qollar: Kadi Borges, 31, Leandro Andrade, 38
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Rahil Ramazanov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
