“Letser”in yarımmüdafiəçisi Riyad Mahrez Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçiləcək.
Korner.az-ın məlumatına görə, bu barədə “Daily Mail” xəbər verib.
Artıq klubda da bundan əmindilər və onun mərasimə qatılma prosesini qaydasına salmaq istəyirlər. Mərasim bazar günü Londonda təşkil olunacaq. “Lester”in həmin gün “Suonsi” ilə oyunu axşam saat 6-da başa çatır.
Əlcəzairli futbolçu bu mövsüm Premyer Liqada 33 oyunda 16 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
