Premyer Liqada 2 oyunun vaxtı dəyişdirildi
25.02.2025 , 15:50

Misli Premyer Liqasının 25-ci turunun iki oyunun başlanma saatında dəyişiklik edilib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Yayım və təşkilati məsələlər ilə əlaqədar olaraq “Turan Tovuz” – “Zirə” və “Sabah” – “Araz Naxçıvan” görüşlərinin vaxtıdəyişdirilib.
Martın 4-də keçiriləcək hər iki görüş əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez, müvafiq olaraq, 17:30 və 19:30-da start götürəcək.
