Premyer Liqada 10-cu tura yekun vuruldu
20.10.2024 , 21:56

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə “Sabah” “Zirə”nin qonağı olub.
Zirə Olimpiya İdman Kompleksində keçirilən oyun bərabərliklə başa çatıb – 1:1.
Turun son görüşü isə Sumqayıtda baş tutub. Yerli komanda “Turan Tovuz”u qəbul edib. Matç 4:2 hesabı ilə Tovuz komandasının qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
10-cu tur
20 oktyabr
20:00. “Sumqayıt”– “Turan Tovuz” – 2:4
Qollar: Alexandro Serrano, 16, Otto Con, 25, Veysəl Rzayev, 26, Nikola Vuynoviç, 32, Aleks Souza, 78, Kamran Quliyev, 87
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. “Zirə” –“Sabah” – 1:1
Qollar: Cesse Sekidika, 7, George Papunaşvili, 90+2
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu
