Premyer Liqada 10-cu tur start götürdü
31.10.2025 , 18:57
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunlarına start verilib.
Korner.az xəbər verir ki, turun açılış matçında Qurban Qurbanovun çalışdırdığı “Qarabağ” “İmişli” klubunu qəbul edib.
“Azərsun Arena”da keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Turun digər görüşləri noyabrın 2-də başa çatacaq.
31 oktyabr
17:00. “Qarabağ”– “İmişli” – 2:0 (İkinci hissə)
Qol: Abdullah Zubir, 51, Addai, 82
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev
“Azersun Arena”