“Turan Tovuz” və “Sumqayıt”dan qələbə
02.11.2025 , 20:30
Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları davam edir.
Korner.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.
Əvvəlcə “Turan Tovuz” “Şamaxı”nı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Günün digər matçında isə “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib və 3:2 hesablı qələbə qazanıb.
2 noyabr (bazar)
Azərbaycan Premyer Liqası, 10-cu tur
16:00. “Turan Tovuz” – “Şamaxı” – 2:1
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” – 3:2
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu