Yeni mövsümün püşkü atıldı
16.07.2024 , 15:20

Bu gün Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün püşkü atılıb.
Korner.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən püşkatma mərasimi saat 15:00-da başlayıb.
İlk turun oyun cədvəli belədir:
“Araz-Naxçıvan” – “Qarabağ”
“Şamaxı” – “Sabah”
“Zirə” – “Səbail”
“Neftçi” – “Turan Tovuz”
“Sumqayıt” – “Kəpəz”
Çempionat avqustun 2-də start götürəcək.
