Bu gün Azərbaycan Premyer Liqasında ikinci tura start verilib. Korner.az-ın məlumatına görə, ilk oyun günündə üç matç baş tutub.
"Bakı" öz meydanında "Simurq"la qarşılaşıb Bojidar Bandoviç həm postunda, həm də ölkəmizdə rəsmi debütü olduğu matçda komandası bir xal qazanıb. – 0:0.
Günün digər bir maraqlı matçı isə Qəbələdə oynanılıb. Burada yerli "Qəbələ" klubu öz meydanında "İnter"i sınağa çəkib. Əyalət təmsilçisinin yeni transferi Levrual Rodriqezin 13-cü dəqiqədə vurduğuq qol yeganə olub və "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazanıb.
Günün sonuncu matçı isə Lənkəranda keçirilib. "Xəzər Lənkəran" "Kəpəz"i qonaq edib. Cənub təmsilçisi artı ilk hissədə 4 top hesabı ilə önə keçib. İkinci yarıda isə azarkeşlər qol görməyib və matç "Xəzər Lənkəran"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
10 avqust
19:00. "Bakı" – "Simurq" 0:0
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu
19:00. "Qəbələ" – "İnter" 1:0
Qollar: Levrual Rodriqez (13)
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Azər Əsgərov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionu
19:30. "Xəzər Lənkəran" – "Kəpəz" 4:0
Qollar: Adrian Skarlatake (15), Ruslan Abışov (21), Adrian Pit (35), Robert Alviz (38)
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, İsgəndər Əliyev, Fərid Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu
Qeyd edək ki, turun digər 3 matçı sabah keçiriləcək.
