Premyer Liqanın IX turu çərçivəsində keçiriləcək oyunlarda hakim dəyişikliyi baş verib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, oktyabrın 21-də keçiriləcək "Sumqayıt" – "Rəvan" qarşılaşmasına baş hakim kimi təyinat almış Orxan Məmmədovun atası vəfat etdiyi üçün onu həmin oyunda Fariz Yusifov əvəzləyəcək.
Fariz Yusifovun əvəzinə isə "Xəzər Lənkəran" – "Qəbələ" matçının IV hakimi Fuad Həsənov olacaq.
