Topaz Premyer Liqasının VII turunun oyun cədvəli açıqlanıb.
Korner.az– ın məlumatına görə, 3 gün davam edəcək turun yalnız son qarşılaşması Bakıda baş tutacaq.
“İnter” və “Neftçi” arasında paytaxt derbisi Sumqayıtda keçiriləcək. Liderlər qrupunda qərarlaşan “Simurq” və “Qarabağ” arasında oyun isə Zaqatalada keçiriləcək.
28 sentyabr (cümə)
16:00. “İnter” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
29 sentyabr (şənbə)
16:00. “Turan” – “Xəzər Lənkəran”
Tovuz şəhər stadionu
16:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu
18:00. “Simurq” – “Qarabağ”
Zaqatala şəhər stadionu
30 sentyabr (bazar)
16:00. “Sumqayıt” – “Bakı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
20:00. “Rəvan” – “Kəpəz”
Bayıl Arena
