Premyer Liqa oyunu təxirə salındı
02.01.2021 , 21:49

İngiltərə Premyer Liqasında sabah keçiriləcək “Börnli” – “Fulhem” oyunu təxirə salınıb.
Korner.az xəbər verir ki, buna “Fulhem”də koronavirusa kütləvi yoluxma səbəb olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dekabrın 30-da “Tottenham” – “Fulhem” matçı da eyni səbəbə görə təxirə salınmışdı.
