Topaz Premyer Liqasında mövsümün 100-cü qolu vurulub. Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumta görə, bu, VIII turun “Rəvan” – ”İnter” oyununda baş verib. Matçda hesabı açan Nizami Hacıyev çempionatın yubiley qolunun müəllifi olub. Ümumilikdə isə baş tutan 43 oyunda 101 qol vurulub və orta məhsuldarlıq 2,35-ə bərabərdir.
Qeyd edək ki, 2012/13-cü il mövsümünün ilk qolunu avqustun 4-də baş tutan “Kəpəz” – “Turan” oyununda İrakli Beraya vurmuşdu. Həmin vaxt Gəncə təmsilçisində oynayan hücumçu 10-cu dəqiqədə fərqlənmişdi.
