Azərbaycan Premyer Liqasında XI turun təyinatları məlum olub
Turun oyunları 2 günü əhatə edəcək.
Mərkəzi oyun sayılan “Zirə” – “Neftçi” qarşılaşması Ömər Paşayevə həvalə olunub.
Premyer Liqa
XI tur
4 noyabr (şənbə)
16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu
18:00. “Sumqayıt” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov
Kapital Bank Arena
5 noyabr (bazar)
15:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
17:00. “Zirə” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
apasport.az
