“Mançester Siti” və Belçika millisinin müdafiəçisi Vensan Kompani zədə səbəbindən İtaliya və İspaniya ilə yoldaşlıq oyunlarında iştirak etməyəcək.
Korner.az-ın məlumatına görə, futbolçu millinin düşərgəsində diz vətərlərini dartıb.
O, “Mançester Siti”nin məşq bazasına qayıdıb reablitasiya kursu keçəcək. Bərpa müddəti barədə məlumat verilmir.
