Topaz Premyer Liqasının təsnifat mərhələsinin son oyununda səfərdə "Xəzər Lənkəran"la heç-heçə (2:2) edən "Sumqayıt" ikinci "altılığ"ın "Turan"la keçiriləcək ilk matçı üçün hazırlıqlara start verib.
Korner.az-ın məlumatına görə, bir günlük istirahətin artından “kimyaçılar” bu gün “Bayıl Arena”da növbəti məşqinə çıxıb.
Heyətdə zədəli futbolçu yer almayıb. Üstəlik, əvəzedici komandadan Ruslan Nəsirli və Şamil Cəmaləddinov da əsas komandaya cəlb olunub.
Qeyd edək ki, hər 2 futbolçu yanvar ayının sonlarında “Trabzonspor” klubunun dəvəti ilə II komandada baxışda olub.