Premyer Liqa klubunun rəqibi bilindi
01.01.2024 , 18:06

Korner.az xəbər verir ki, “Araz-Naxçıvan” yanvarın 12-dən 16-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.Hazırlığın yekununda “Araz-Naxçıvan” “Kəpəz”lə yoldaşlıq oyunu keçirməklə bağlı qarşılıqlı razılıq əldə etsə də, Gəncə təmsilçisi son anda Qəbələyə gələ bilməyəcəyini bildirib.Buna görə də “qırmızı-ağlar” yanvarın 15-də “Qəbələ” ilə gücünü sınayacaq. Oyunun saatı barədə əlavə məlumat veriləcək.
