Premyer Liqa klubunun qapıçısı zədələndi
27.12.2024 , 10:50
“Vest Hem”in qapıçısı Lukas Fabianski zədələnib.
Korner.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 18-ci turunda “Sauthempton”la görüşdə xəsarət alıb.
39 yaşlı qolkiper görüşün 28-ci dəqiqəsində rəqib futbolçu Natan Vuudla toqquşaraq başından zərbə alıb.
Qapıçının son durumu tibbi müayinədən sonra müəyyənləşəcək.