Premyer Liqa klubunun hazırlıq planı məlum oldu
30.12.2022 , 17:46
Premyer Liqada XVIII turunda “Neftçi”ylə oyundan sonra istirahətə buraxılan “Şamaxı” yanvarın 3-də Bakıda bir araya gələcək.
Korner.az xəbər verir ki, bölgə təmsilçisi hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Antalyaya yollanacaq və 11 gün “Kamelya Selin” otelində məskunlaşacaq. Bu müddətdə komanda 3 yoxlama oyunu keçirəcək.
Yanvarın 11-i Qazaxıstanın “Kaysar” və Rumıniyanın “Botaşani” klublarıyla qarşılaşacaq “Şamaxı” son oyununu yanvarın 18-də Serbiyanın “Napredak” klubuna qarşı keçirəcək.
