İngiltərə Premyer Liqasının son turu çərçivəsində öz meydanında "Sanderlend"ə 0:3 hesabı ilə məğlub olan "Nyukasl"ın bu oyununun ardından azarkeşlər və polislər arasında qarşıdurma baş verib.
Korner.az–ın məlumatına görə, derbidə məğlub olan meydan sahiblərinin fanatları məğlubiyyəti həzm edə bilməyincə polislərə hücum ediblər. Azarkeşlərdən biri isə polisin atına yumruq atıb.
