İngiltərə premyer Liaqasında mübarizə aparan “Kristal Pelas” klubu müdafiəçi transfer edib.
Korner.az-ın məlumatına görə, İngiltərə təmsilçisi digər Premyer Liqa komandası olan “Sanderlend”dən Patrik van Aanholtu 14 milyon sterlinq qarşılığında heyətinə qatıb.
Klub 26 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Patrik “Sanderlend” forması ilə son 3 mövsümdə iştirak etdiyi 95 oyuna 10 dəfə fərqlənə bilib.
