Premyer Liqa klubundan yeni transfer
21.08.2020 , 17:18

“Şeffild Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bornmut”un qapıçısı Aron Remsdeyli transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.
