Premyer Liqa klubundan yeni transfer
22.01.2025 , 11:50

“Sauthempton” heyətini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Renn”dən Albert Qrönbaeki transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Danimarkalı yarımmüdafiəçi yeni klubunda mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.
Müqaviləyə əsasən “Sauthempton” futbolçunu birdəfəlik transfer də edə bilər.
