Premyer Liqa klubundan yeni transfer
07.01.2025 , 19:34
“Bornmurt” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Lanus”dan Xulio Soleri transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Bornmut” 19 yaşlı sol cinah müdafiəçisi üçün Argentina klubuna 14 milyon avro təzminat ödəyib.
Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.