Premyer Liqa klubundan yeni transfer
21.08.2024 , 10:30

“Sauthempton” “Sportinq”in futbolçusu Mateus Fernandesi heyətinə cəlb edib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi 2029-cu ilə qədər İngiltərə klubunda çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı portuqaliyalı oyunçu son mövsümü icarə əsasında ölkəsinin “Eştoril” klubunda keçirib.
