Premyer Liqa klubundan yeni transfer
24.06.2024 , 10:27

“Aston Villa” İan Maatseni heyətinə qatıb.
Korner.az xəbər verir ki, Premyer Liqa klubu 22 yaşlı sol cinah müdafiəçisinin 44 milyon avroya transferi üçün “Çelsi” ilə razılığa gəlib.
Maatsen yeni klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayacaq.
Ötən mövsümün ortalarında Dortmund “Borussiya”sına icarəyə verilən Maatsen mövsüm ərzində 38 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.
