Premyer Liqa klubundan yeni transfer
23.12.2020 , 16:44
“Vest Hem” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarkanın “Silkeborq” klubundan futbolçu Frederik Alvesi heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.