Premyer Liqa klubundan baş məşqçi ilə yeni müqavilə
13.04.2020 , 16:16

“Sauthempton” baş məşqçisi Ralf Hasenhüttl ilə yeni müqavilə bağlamağa hazırlaşır.
Korner.az xəbər verir ki, tərəflər artıq yeni müqavilə ilə bağlı razılığa gəliblər.
Yeni anlaşmanın müddəti 3 illik olacaq. Klub avstriyalı mütəxəssislə uzunmüddətli anlaşmaqla öz gənc oyunçularını inkişaf etdirməyi hədəfləyir.
Qeyd edək ki, Hasenhüttl 2018-ci ildən “Sauthempton”u çalışdırır.
