Premyer Liqa klubundan ayrılacaq
08.01.2025 , 14:15
“Aston Villa”nın müdafiəçisi Dieqo Karlos komandasından ayrıla bilər.
Korner.az xəbər verir ki, o, karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
“Fənərbağça” braziliyalı futbolçunu transfer etmək istəyir.
İstanbul klubu 31 yaşlı mərkəz müdafiəçisi üçün “Aston Villa” ilə danışıqlara başlayıb.
Türkiyə nəhəngi təcrübəli oyunçu üçün İngiltərə klubuna 12 milyon avroluq rəsmi təklif göndərəcək.