Premyer Liqa klubunda yeni müqavilə
26.09.2020 , 16:36

“Bernli”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Premyer Liqa klubu yarımmüdafiəçisi Eşli Vestvudla müqavilənin müddətini uzadıb.
30 yaşlı futbolçu ilə 3 illik yeni sözləşmə imzalanıb.
Vestvud 2017-ci ildən “Bernli”də çıxış edir.
