Premyer Liqa klubunda yeni hücumçu
02.10.2020 , 19:58

“Fulhem” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Leyptsiq”in hücumçusu Ademola Lukmanı heyətinə qatıb.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı ingilis futbolçu mövsümün sonuna yeni komandasında icarə əsasında çıxış edəcək.
