Premyer Liqa klubunda yeni baş məşqçi
09.06.2021 , 16:56

“Vulverhempton”un yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Bruno Laje çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti yayıb.
Portuqaliyalı mütəxəssis bu vəzifədə həmyerlisi Nunu Eşpritu Santunu əvəzləyib. 45 yaşlı çalışdırcı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Bruno Laje son olaraq “Benfika”nın baş məşqçisi olub.
