Premyer Liqa klubunda yeni baş məşqçi
17.12.2020 , 17:57

“Vest Bromviç” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra Sem Ellardays çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 66 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Ellardays bu postda ötən gün istefaya göndərilən Slaven Biliçi əvəzləyib.
