Fasiləyə sonuncu pillədə yollanan "Kəpəz" heyətinə əməlli başlı əl gəzdirir.
Korner.az-ın məlumatına görə, məlumatına görə, Gəncə təmsilçisi 5 oyunçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləni pozub.
Belə ki, Pərvin Paşayev, Şahin Kərimov, Atin Abdullayev, Təbriz Hüseynli və Fərid Həşimzadə daha heyətdə yer almayacaq. O cümlədən komandada icarə əsasında çıxış etmiş Emin İmaməliyev və Bəxtiyar Soltanovun da müqaviləsi başa çatıb. Hər iki yarımmüdafiəçi “Qarabağ”dan icarəyə götürülmüşdü.
Qeyd edək ki, “Kəpəz” bundan öncə legionerlərinin – xorvatiyalı İvan Radoş, makedoniyalı Buyamin Asani, ukraynalı Yuri Fomenko, eləcə də əvəzedici komandanın kamerunlu qapıçısı Arsen Ondobo ilə yolları ayırmışdı.
