Premyer Liqa klubunda qalacaq
28.05.2024 , 11:00

Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “İpsviç” baş məşqçi ilə yola davam edəcək.
Korner.az-ın məlumatına görə, komandanı Premyer Liqaya yüksəldən Kiran Makkenna klubla bağlı qərarını verib.
Gənc çalışdırıcı ona gələn təklilərə baxmayaraq, “İpsviç”də qalmağı üstün tutub.
Bu barədə məlumatı “The Athletic” nəşri yayıb.
