Premyer Liqa klubunda iki yeni müqavilə
12.06.2020 , 17:44

“Şeffild Yunayted” iki futbolçusu ilə müqavilə yeniləyib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Oliver Norvud və hücumçu Billi Şarpla yeni müqavilə bağlayıb.
Şarpla müqavilənin müddəti 2022-ci ilin yayına qədər uzadılıb. Norvudun isə müqaviləsi 2023-cü ilə qədər artırılıb.
