Bakıda təlim-məşq toplanışını davam etdirən "Kəpəz"in heyətində zədəli olan və bu üzdən komanda yoldaşlarından ayrı çalışan futbolçulardan Xəyal Zeynalovla Emin Əliyevin vəziyyətini qənaətbəxş qiymətləndirmək olar.
Korner.az-ın məlumatına görə, bunu klubun rəsmi saytına açıqlamasında komandanın tibbi personalının rəhbəri Şıxəli Həsənov bildirib. Onun sözlərinə görə, hazırda futbolçular özlərini yaxşı hiss edirlər.
Sol diz oynağındakı ağrılardan əziyyət çəkən Əliyevin hətta bu gün "Qaradağ Lökbatan"a qarşı yoxlama oyununda meydana çıxması da mümkündür. Baş məşqçi Mahmud Qurbanovun şans verəcəyi təqdirdə, gənc yarımmüdafiəçi meydanda görünəcək.
Zeynalova gəlincə, əzələsində dartılma olan qolkiper yalnız sabahdan komanda ilə birgə məşqlərə qoşulacaq.
