“Vest Hem” baş məşqçisi Devid Moyeslə yollarını ayırıb.
Bu barədə məlumatı “çəkicdöyənlər”in mətbuat xidməti yayıb. Belə ki, London təmsilçisi şotland mütəxəssislə mövsümün sonunda başa çatan müqavilə müddətini artırmamaq qərarına gəlib.
Moyes 2017-ci ildə “Vest Hem”in “sükanı arxasına” keçmişdi. Komanda onun rəhbərliyi altında İngiltərə Premyer Liqasının son mövsümünü 13-cü pillədə başa vurub.
