AZAL-ın heyətində baxışda olan Gilles Ondo barəsində Vaqif Sadıqov qərar verib.
Korner.az-ın məlumatına görə, Qabon milli komandasının üzvü bəyənilməyərək geri göndərilib.
Son iş yeri Livanın “Neymeh” klubu olan Gilles Daniel Mbanq Ondo bir neçə yoxlama görüşündə özünü yaxşı tərəfdən göstərməyincə Sadıqovun rəğbətini qazana bilməyib.
