Premyer Liqa klubumuz Asiyadan futbolçu transfer etdi
15.01.2025 , 13:11

Transfer çalımalarını davam etdirən “Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, Gəncə təmsilçisi Tacikistan millisinin hücumçusu Şervoni Mabatşoevi heyətinə qatıb.
24 yaşl forvard ya bu gün, ya da sabah ölkəmizə təşrif buyuracaq.
Son olaraq ölkəsinin “İstiqlal” kubunda çıxış edən hücumçu millidə 26 oyuna çıxıb və 6 qol vurub.
