“Suonsi” klubunun yeni baş məşqçisi müəyyənləşib
Bu posta Karlos Karvalyal gətirilib.
52 yaşlı portuqaliyalı mütəxəssislə bu gün rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, Karvalyal cari mövsümün sonuna qədər “Suonsi”ni çalışdıracaq.
Qeyd edək ki, “Beşiktaş”ın sabiq baş məşqçisinin son iş yeri “Şeffild Venzdi” klubu olub.
