Premyer Liqa klubu onları göndərdi
31.05.2024 , 09:20

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı”nı daha iki futbolçu tərk edib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.
Geridə qalan mövsümün əvvəlində icarə əsasında “Şamaxı”ya qoşulan müdafiəçilər Süleyman Damadayev və Elçin Qasımov icarə müddəti başa çatdığı üçün müqavilə ilə məxsus olduqları klublara geri dönüb. Elçin “Turan Tovuz”a, Süleman isə “Qəbələ”yə qayıdıb.
“Şamaxı” bu gün qapıçı Əkpər Vəliyevlə də yollarını ayırdığını açıqlayıb.
Xatırladaq ki, “Şamaxı” bu mövsüm Azərbaycan 1-ci liqasının qalibi olub və 2024/25 mövsümündə elitada iştirak etmək hüququ qazanıb.
