Premyer Liqa klubu maaşları dayandırdı
23.04.2020 , 19:00

“Uotford” futbolçuların məvacibini dayandırıb.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçularla razılığa gəldiyini açıqlayıb.
Açıqlamada maaşların koronavirusa görə bir neçə aylıq ertələndiyi bildirilib.
Xatırladaq ki, Premyer Liqada daha öncə “Vest Hem”, “Sauthempton” və “Şeffild Yunayted” klubları maaşların bir neçə aylıq ertələndiyini açıqlamışdı.
