Premyer Liqa klubu maaşları azaltdı
09.04.2020 , 18:38

“Sauthempton” klubu koronavirus pandemiyasına görə futbolçuların və məşqçilərin məvaciblərini azaldıb.
Korner.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Sauthempton”da klubun Direktorlar Şurasının, əsas komandanın menecerinin, məşqçi və futbolçu heyətinin aprel, may və iyun ayları üçün nəzərdə tutulan məvacibləri azaldılıb.
