Premyer Liqa klubu hücum xəttini onunla gücləndirdi
16.01.2025 , 20:45

“İpsviç Taun” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hücum xəttini “Aston Villa”dan Ceyden Filoci ilə gücləndirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“İpsviç Taun” ingiltərəli vinger üçün qarşı tərəfə 23+3 milyon avro ödəyəcək.
22 yaşlı oyunçu ilə müddəti 2029-cu ilin yayına kimi olan müqavilə imzalanıb.
