Premyer Liqa klubu hücum xəəttini onunla gücləndirir
09.04.2025 , 11:46

“Mançester Yunayted” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hücum xəttini “İpsviç Taun”da çıxış edən Lian Delapla gücləndirmək fikrindədir.
İngiltərə klubu 22 yaşlı forvard üçün 40 milyon funt-sterlinq ödəməyə hazırdır.
Futbolçu bu mövsüm Premyer Liqada 33 oyun keçirib, 12 qol vurub, 2 məhsuldar ötürmə verib.
