Premyer Liqa klubu Benitezlə yolları ayırdı
24.06.2019 , 17:00

“Yaxşı kollektivimiz və futbolçularımız var. Rəqibin necə təcrübəli komanda olduğunu bilirik”.
“Nyukasl” baş məşqçisi Rafael Beniteslə yolları ayırıb. Bu barədə klubun saytı məlumat yayıb.
59 yaşlı mütəxəssislə müqaviləni uzatmaq istəyən Premyer Liqa təmsilçisi buna nail ola bilməyib. İspaniyalı çalışdırıcı klub rəhbərliyindən illik 7 milyon avro maaş və 60 milyon avroluq transfer büdcəsi istəyib. “Nyukasl” bu tələbləri yerinə yetirə bilməyib.
Benites 2016-cı ildən “sağsağanlar”ı çalışdırırdı.
