Premyer Liqa klubu baş məşqçi ilə 4 oyunluq razılaşdı
03.05.2023 , 14:57

“Lids”in yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, İngiltərə klubunu Sem Ellardays çalışdıracaq.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xavi Qarsiya ilə yollarını ayıran klub, Ellardaysla 4 oyunluq müqavilə imzalayıb.
