Premyer Liqa klubu 4 futbolçunu göndərdi
18.06.2025 , 13:50

“Araz-Naxçıvan” dörd futbolçu ilə başa çatan müqaviləni yeniləməyib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias (Benny) və Miço Kuzmanoviçdir.
Klub rəhbrəliyi onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
